Azərbaycanda nənə və nəvəni maşın vurdu

Azərbaycanda nənə və nəvəni maşın vurdu
SOSİAL
17:23 30.07.2019
4864
Sumqayıt şəhərində nənə və 5 yaşlı nəvəsini avtomobil vurub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 26-cı məhəllə ərazisində baş verib. 

Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Gilə Əhəd qızı Hüseynova nəvəsi, 2014-cü il təvəllüdlü Məryəm Cavid qızı Muradovanı hazırlıqdan gətirən zaman hər iki şəxsi avtomobil vurub. 

Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR