Azərbaycanda nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqında kitab təqdim edilib

Azərbaycanda nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqında kitab təqdim edilib
SOSİAL
15:10 06.06.2024
224
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun "Avrasiyanın Arteriyaları" adlı kitabının ictimaiyyət üçün təqdimat mərasimi keçirilib.

AZXEBER.COM-un məlumatna görə, kitab Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr edilən Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri, həmçinin materikin 30-dan çox dəhlizini əhatə edir.

Təqdimatda UNEC-in rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Təqdimat mərasimində E. Əmirov bildirib ki, "Avrasiyanın Arteriyaları" adlı kitabın üzərində 2 il 3 ay çalışıb: "Kitab Azərbaycanla yanaşı ABŞ-ın, Çinin, Rusiyanın və digər dünya nəhənglərinin üzərində mübarizə apardığı Avrasiyanın 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqındadır. Burada bu dəhlizlərin yaranma tarixi, əhatə coğrafiyası, texniki-iqtisadi göstəriciləri, iştirakçı ölkələr və bu ölkələrin toqquşan maraqları, hər dəhliz komponenti uğrunda gedən müharibələr və perspektivlərinə dair təhlillər verilib".

O qeyd edib ki, eyni zamanda kitabda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin ayrı-ayrılıqda qlobal geosiyasətin əsas komponentinə necə çevrildiyinin detalları incəliklə təqdim edilib: "Rusiya dəhlzilərinin ABŞ tərəfindən necə sıradan çıxarılması, Çinin Rusiyanın bu vəziyyətində neçə məharətlə istifadə etməsi, Türkiyədə Qaz Habının yaradılmasının nə üçün mümkün olmayacağı, bizim Cənub Qaz Dəhlizimizdən 10 dəfə böyük tutumu olan Rusiyanın "Şimal Axını"nın Baltik dənizinin dibində necə partladıldığı və onun gələcək aqibəti, Çinin "Kəmər və Yol Təşəbbüsü"nün hansı ölkələr üçün fəlakətə çevrilməsi, Cozef Baydenin təşəbbüsü ilə irəli sürülən İMEC dəhlizi və İsrail-Həmas müharibəsi arasında əlaqə və ehtimal edilən perspektivləri və digər maraqlı məqamlar kitabda geniş şəkildə öz əksini tapıb. Buna görə də kitabın Azərbaycanla yanaşı, tərcümə edilərsə Rusiya və Türkiyə, eləcə də digər ölkələrdən olan oxucular üçün də maraq doğuracağını gözləyirəm".

O, bütünlüklə rəngli çap edilən və 320 səhifə olan bu kitabda 40-a yaxın dəhliz xəritəsi yenidən rəngli olaraq işlənilib: "Beləliklə, 2 il yarıma yaxın üzərinə böyük sevgi və əmək sərf etdiyim kitabın oxucularımız üçün faydalı olacağını düşünürəm".

Tədbirdə çıxış edənlər ölkə rəhbərinin dəhliz strategiyasının bütün komponentləri ilə ictimaiyyətə təqdim edilməsi baxımından bu kitabın böyük əhəmiyyətindən danışıblar.

Eyni zamanda bildirilib ki, kitabda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal geosiyasətin əsas komponentinə necə çevrildiyinin detalları kitabın müəllifi tərəfindən incəliklə təqdim edilib.

Həmçinin, çixış edənlər kitabın ciddi əhəmiyyətindən və maarifləndirmə işlərində oynayacağı roldan danışıb, dəhlizlərin texniki-iqtisadi və digər göstəricilərinin dəqiq ifadə edildiyinə görə onun ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilə biləcəyini vurğulayıblar.

Tədbirdə iştirak edən natiqlər 30-dan artıq dəhlizə dair məlumatların, təhlil və proqnozların bir kitabda öz əksini tapmasının nadir hal olduğunu bildiriblər.

Qeyd edək ki, "Avrasiyanın Arteriyaları" kitabında müəllif tərəfindən ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin Avrasiyanın dəhlizləri uğurunda apardığı mübarizə və bu mübarizənin yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən və məhvi planlaşdırılan dəhlizlər haqqında, eləcə də onların gələcəyinə dair təhlil və proqnozlar verilib.

Həmçinin Avrasiya materikinin 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin tarixi, marşrutları, texniki-iqtisadi parametrləri və onların gələcəyinə dair geniş təhlillər öz əksini tapıb.

Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq doğuracağı gözlənilir.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
23:13 11.07.2026
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
22:55 11.07.2026
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Ana-bala birlikdə məzun oldu - Foto
22:39 11.07.2026
Ana-bala birlikdə məzun oldu - Foto
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
22:24 11.07.2026
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
22:12 11.07.2026
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
21:52 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
21:41 11.07.2026
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
21:25 11.07.2026
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
21:08 11.07.2026
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
20:56 11.07.2026
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
20:00 11.07.2026
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır