Azərbaycanda nişandan qayıdanlar ağır qəzaya düşdü - Ölən və yaralananlar var

Azərbaycanda nişandan qayıdanlar ağır qəzaya düşdü - Ölən və yaralananlar var
SOSİAL
10:10 05.09.2022
1095
Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaraqucaq kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR