Azərbaycanda nişanlı gənc faciəvi şəkildə öldü

Azərbaycanda nişanlı gənc faciəvi şəkildə öldü
SOSİAL
10:54 09.06.2024
152
Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, meyitin həmin evdə yaşayan 1997-ci il təvəllüdlü Əkbərov Taleh Fikrət oğluna məxsus olduğu məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR