Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
SİYASƏT
11:13 05.02.2018
6366
Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalyıb. 

AZXEBER.COM xəbər verir ki, sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunub və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. 
OXŞAR XƏBƏRLƏR