Azərbaycanda onkoloji xəstə özünü 5-ci mərtəbədən atdı

Azərbaycanda onkoloji xəstə özünü 5-ci mərtəbədən atdı
SOSİAL
12:58 02.01.2020
6026
Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun onkoloji xəstə və yeni əməliyyat olduğu bildirilir. Ağrılara dözməyən 51 yaşlı kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR