Azərbaycanda operatorunu dəyişən vətəndaşlar telefon nömrələrini saxlaya biləcəklər

Azərbaycanda operatorunu dəyişən vətəndaşlar telefon nömrələrini saxlaya biləcəklər
13:37 20.08.2011
2011

MNP xidməti Azərbaycanın üç mobil rabitə operatoru tərəfindən eyni vaxtda işə salınmalıdır. Bu xidmətin tətbiqi üçün hüquqi bazanın olması və operatorların texniki hazırlığı lazımdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildiriblər ki, MNP xidmətinin tətbiqi üçün qaydalar hazırlanıb, hüquqi bazanın formalaşdırılması üçün müvafiq işlər görülüb. Qaydalarda bu xidmətin tətbiq edildiyi ölkələrin təcrübəsi əksini tapıb. Həmin xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu, onları yaxınlarını və işgüzar tərəfdaşlarını nömrələrinin dəyişilməsi barədə məlumatlandırmaqdan azad edəcək.

OXŞAR XƏBƏRLƏR