Ağcəbədi rayonunda oğurluq hadisəsində təqsirləndirilən şəxs yaxalanıb.
AZXEBER.COM-un məlumatına görə, rayon sakini Sənubər Ələkbərova RPİ-nə müraciət edərək ona məxsus qızıl mağazasından 25080 manata qızıl-ziynət əşyalarının oğurlandığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yaşlı Emin Həmzəyev şüphəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı Emin Həmzəyevin bundan başqa da evlərdə soyğunçuluq etdiyi ortaya çıxıb.