Azərbaycanda oğul anasını öldürdü - TƏFƏRRÜATLAR

KRİMİNAL
12:26 06.11.2015
2463
Yevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib. “Report”un xəbərinə görə, oğul anasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.
Belə ki, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirovun 63 yaşlı anası Ofeliya Abdullayevanı qətlə yetirərək həyətində basdırması barədə polisə məlumat daxil olub.
Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR