Azərbaycanda oğul atasını döyərək öldürdü

Azərbaycanda oğul atasını döyərək öldürdü
SOSİAL
12:38 01.04.2019
5724
Atasını döyərək qətlə yetirməkdə şübhəli bilinən Cəlilabad rayonunun Göytəpə şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb. 

OXŞAR XƏBƏRLƏR