Azərbaycanda oynamış futbolçu 39 yaşında xərçəng xəstəliyindən vəfat etdi

İDMAN
13:45 04.04.2023
298
Vaxtilə Azərbaycanda oynamış keçmiş futbolçu Mario Bojiç dünyasını dəyişib.

Bosniya və Herseqovinadan olan sabiq yarımmüdafiəçi 39 yaşında xərçəng xəstəliyindən vəfat edib. Ona bir neçə il əvvəl beyin şişi diaqnozu qoyulub. İki əməliyyata baxmayaraq, Bojiçin həyatını xilas etmək mümkün olmayıb.

Bosniya və Herseqovina millisinin sabiq üzvü 2012/13 mövsümündə hazırda mövcud olmayan "Simurq” klubunun formasını geyinib.
OXŞAR XƏBƏRLƏR