Azərbaycanda oynamış futbolçuya ömürlük cəza verilib

SOSİAL
09:30 11.02.2017
1700

Vaxtı ilə Azərbaycan klublarında çıxış etmiş Sergey Artyux ömürlük cəzalanıb. 

APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bu qərarı Ukrayna Futbol Federasiyası Nizam İntizam Komitəsi verib.

Futbolçunun bu cür ağır cəzaya məruz qalmasına səbəb qondarma Donets Xalq Respublikasının millisində forma geyinməsi olub.

Qeyd edək ki, əslən Donetskdən olan Sergey Artyux 2008-2009-cu illərdə "Simurq”da 34 oyuna 7, 2011-ci ildə "Turan”da 13 oyuna 5 qol vurub, 2012-ci ildə isə "Rəvan”da 8 matça çıxsa da, fərqlənə bilməyib.

OXŞAR XƏBƏRLƏR