Azərbaycanda pandemiya yayda bitəcək? - AÇIQLAMA

Azərbaycanda pandemiya yayda bitəcək? - AÇIQLAMA
SOSİAL
12:00 03.03.2021
774
"Karantin qaydalarının sərtləşdirilməsi və yumşaldılmasına epidemioloji situasiyaya uyğun qərar veriləcək. Hesab edirəm ki, bu gün buna ciddi ehtiyac duyulmur. Amma ehtimal həmişə qalır. Çünki koronavirusla bağlı dünya üzrə verilən proqnozların çoxu özünü doğrultmur".

AZXEBER.COM Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bu proses artıq bir il yarımdır uzanır və virusun qapanması ilə bağlı real nəticə ortada yoxdur: "İstənilən halda pandemiyanın sonu var. Mutasiyaya uğrayan virus gec-tez sona çatır. Digər tərəfdən kollektiv immunitet formalaşmalıdır. Vaksinasiya prosesi də həyata keçirilir. Vaksinasiya prosesi bu yolda çox mühüm addımdır və dünya infeksion xəstəliklərə qarşı mübarizədə bundan uğurlu variant və ya yol tanımır.

Hesab edirəm ki, vaksinasiya olunmuş şəxslər də karantin qaydalarına ciddi əməl etməlidir. Əgər hansısa artım varsa, bunun səbəbləri araşdırılmalıdır. Əslində bu, açılışlar, yumşalmalarla bağlıdır. Məktəblər açılır, kommunikasiyalar, təmaslar artıb. Lakin epidemioloji vəziyyət kəskinləşərsə, karantinlə bağlı müəyyən sərt qərarlar verilə bilər. Biz bunu arzu etmirik, insanlarımız karantindən artıq bezib. Karantin elan olunacağı təqdirdə, insanlarımız buna ciddi əməl etməlidir.

İnsanlar arasında vaksinlə bağlı şayiələrin yayılması bizim bir növ təlqinə meyilli olmağımızdan irəli gəlir. Xeyli insanlar var ki, bu cür şayiələrə tez inanırlar. Vaksinin tərkibində insanlıq əlyehinə hər hansı maddə varsa, bu, ciddi məsuliyyət yaradır. Çinin istehsalı olan vaksin ənənəvi üsulla hazırlanıb və təhlükəsizdir. Viruslar hüceyrə kulturasında yetişdirilir və həmin viruslar fiziki və kimyəvi, daha çox qanla şüalanma ilə öldürülür, lakin strukturu saxlanılır. Virus çox həssas və zəifdir. Onun hüceyrəsi, sitaplazması, immun sistemi olmadığına görə onlar tez məhv olur. Viruslar belə sərbəst hərəkət etsəydi, Yer kürəsində həyat qalmazdı".

Tibb elmləri doktorunun fikrincə, Azərbaycanda vaksinasiya prosesi effektiv aparılır: "Bizə ən uyğun olan elə Çin vaksinidir, çünki bu vaksin yüksək səviyyəli laboratoriyada hazırlanr. Azərbaycanda martın ortalarında xeyli sayda insanda immun sisteminin formalaşması prosesi başlayaraq davam edəcək.

ÜST-ün rəhbəri ötən gün açılması zamanı bildirmişdi ki, xəstəlik artıq nəzarətə götürülüb. Hesab edirəm ki, bu, kifayət qədər ciddi informasiyadır. Çünki dünyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzləri də bu qənaətə gəlib. Fikrimcə, pandemiya artıq yavaş-yavaş nəzarət altına alınır. Sadəcə vaksinlərin dünya üzrə ədalətli şəkildə paylaşdırılması əsas məsələ olmalıdır. Bu reallaşarsa, biz SARS-CoV-2 virusunu görməyəcəyik. Ola bilər ki, onun hansısa formaları, analoji yaxınlıqları olsun, amma, yəqin ki, bu virusla yay ayına qədər vidalaşacağıq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
11:45 07.07.2026
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
11:08 07.07.2026
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
11:03 07.07.2026
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
11:02 07.07.2026
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlandı
10:55 07.07.2026
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlandı
Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
10:54 07.07.2026
Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
10:51 07.07.2026
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
10:48 07.07.2026
Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
10:43 07.07.2026
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi - FOTOLAR
10:38 07.07.2026
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi - FOTOLAR
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı
10:09 07.07.2026
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
10:09 07.07.2026
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
"DreamDoll Bri" Floridada atışmada öldü
10:06 07.07.2026
"DreamDoll Bri" Floridada atışmada öldü
“Azeri Light” bu gün neçəyə satılır?
09:53 07.07.2026
“Azeri Light” bu gün neçəyə satılır?
Bakıdan Naxçıvana təyyarə ilə getmək istəyənlərə ŞAD XƏBƏR
09:41 07.07.2026
Bakıdan Naxçıvana təyyarə ilə getmək istəyənlərə ŞAD XƏBƏR
“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır
09:38 07.07.2026
“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır