Azərbaycanda Paris Olimpiadasının medalçılarına nə qədər mükafat veriləcək?

Azərbaycanda Paris Olimpiadasının medalçılarına nə qədər mükafat veriləcək?
İDMAN
12:24 01.08.2024
859
Fransanın paytaxtı Parisdə keçrilən XXXIII Yay Olimpiya Oyunlarının 5 günü arxada qalıb.

"Paris-2024” Yay Olimpiya Oyunlarına 48 idmançı ilə qoşulan Azərbaycan komandası 15 idman növündə yarışır.

Təəəssüf ki, xeyli idmançımız vaxtından əvvəl uduzaraq yarışları artıq başa vurublar.

Hələlik yalnız bir idmançımız medal qazana bilib. Bu, 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu Hidayət Heydərovdur. O, Fransa paytaxtında qızıl medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, Azərbaycan Himnini səsləndirib.

Hazırda aktivində 1 qızıl medal olan Azərbaycan komandası ölkələrin medal sıralamasında 23-cü yerdə gedir. Qarşıdakı günlərdə komandamızın medal sayı arta bilər.

Maraqlıdır, bəs Paris Olimpiadasında medal qazanan idmançılarımıza Azərbaycanda nə qədər pul mükafatı veriləcək?

AZXEBER.COM xəbər verir ki, Modern.az saytı mövzunu araşdırmağa çalışıb.

Adətən Olimpiya Oyunlarında medal qazanmış idmançıların mükafatlandırılması ölkə başçısının sərəncamları əsasında həyata keçirilir. Çox güman ki, "Paris-2024” Yay Olimpiya Oyunları başa çatandan və bütün idmançılar vətənə qayıdandan sonra ölkə Prezidentinin mükafatlandırma ilə bağlı müvafiq sərəncamları olacaq.

Çünki daha əvvəl keçirilən Olimpiadalar zamanı buna şahid olmuşuq.

Yada salaq ki, koronavirus pandemisyası ilə əlqaədar bir qədər gec baş tutan - 2021-ci ilin 24 iyul–8 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarından sonra dövlət başçısı idmançılar və onların məqşçilərinin mükafatlandırılması ilə bağlı müvafiq sərəncam imzalamışdı.

Xatırladaq ki, Azərbaycan komandası Tokio Olimpiadasında 44 idmançı ilə təmsil olunmuşdu.

Tokio Olimpiadasında komandamız ümumilikdə 7 medal qazanmışdı - 3 gümüş və 4 bürünc.
Komandanın heyətində karateçilər Rafael Ağayev (gümüş) və İrina Zaretska (gümüş), güləşçilər Hacı Əliyev (gümüş), Rafiq Hüseynov (bürünc) və Mariya Stadnik (bürünc), həmçinin boksçu Loren Alfonso (bürünc) və cüdoçu İrina Kindzerskaya (bürünc) medala sahib olmuşdu.

Tokio Olimpiadasında Azərbaycan milli komandası qızl medal qazana bilməmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli sərəncamına əsasən, Tokio Olimpiadasında medal qazanan idmançılar və onların məşqçiləri üçün aşağıdakı pul mükafatları ayrılmışdı:

- gümüş medal qazanan idmançıya 200 min manat (onun məşqçisinə 100 min manat);

- bürünc medal qazanan idmançıya 100 min manat (onun məşqçisinə 50 min manat).

Eyni zamanda idmançılar və onların məşqçiləri "Vətənə xidmətə görə" və "Əmək" ordenlərilə, "Tərəqqi" medalı ilə təltif edilmişdilər.

8 il əvvəl - 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə komandamız qızıl medal qazanmışdı. Rio-de-Janeyro Olimpiadasında komandamızın aktivinə yazılan 1 qızıl medalı taekvondoçu Radiq İsayev qazanmışdı.
Həmin Olimpiadadan sonra imzalanmış Prezident sərəncamına əsasən, qızıl medal qazanmış idmançımıza 400 min manat, onun məşqçisinə 200 min manat mükafat verilmişdi.

Ehtimal olunur ki, bu il də mükafatların məbləği dəyişməyəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
20:21 28.08.2025
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
20:08 28.08.2025
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu