Ağdaş rayonunda yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində rayonun Qarağan Şıxlar kəndində qeydə alınıb. Kənd sakini, 1934-cü il təvəllüdlüAbdurrəhmanov Ənvər Məhəmməd oğluna məxsus mənzilin mətbəxində propan qaz balonu partlayıb və yanğın hadisəsi baş verib. Hadisə nəticəsində evdə tənha yaşayan və uzun illər kəndin mollası olan Ənvər Abdurrəhmanov yanaraq dünyasını dəyişib. Hadisə yerinə Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb. Hazırda yanğınsöndürənlər və polis əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır.