Azərbaycanda pəncərədən yıxılan iki yaşlı uşaq öldü

Azərbaycanda pəncərədən yıxılan iki yaşlı uşaq öldü
SOSİAL
10:20 13.08.2023
150
Xaçmazda pəncərədən yıxılan iki yaşlı uşaq ölüb.

AZXSBER.COM "Report"a istinadən xəbər verir ki, rayonun Qoçaqqazma kənd sakini, ailəsinin himayəsində olan 2021-ci il təvəllüdlü Əzizağayev Z.H. fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.

Azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR