Azərbaycanda pensiya yaşının artırılması və ya azaldılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, 2026-cı ildə aparılacaq hüquqi islahatlarda pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil.










































