"Növbəti mərhələlərdə gənclər də vaksinasiya olunmalıdır”

"Növbəti mərhələlərdə gənclər də vaksinasiya olunmalıdır”
SOSİAL
17:10 02.04.2021
816
"Əgər vəziyyət kəskin ağırlaşarsa, zərurət yaranarsa 15 yaşdan yuxarı şəxslər vaksinasiya prosesində iştirak edə bilərlər”.
 
Bunu AZXEBER.COM-a açıqlamasında infeksionist Vüqar Cavadzadə bildirib.
 
O, deyib ki, hazırkı vəziyyətdə risk ən çox hansı yaş qrupundadırsa, vaksinasiya prosesinə ilkin növbədə onlar cəlb edilir: Hazırda ölkədə vaksinasiya kifayət qədər yetərlidirsə, yaxşı olar ki, əhalinin 60-70 faizi mütləq şəkildə cəlb olunsun. Çünki koronavirusa yoluxanların sayı mart ayının əvvəli ilə müqayisədə on dəfə artıb.
 
Digər tərəfdən isə son vaxtlar 18-20 yaş gənclər də koronavirus infeksiyasına yoluxur və ağır formada keçirənlər də var. Mən hesab edirəm ki, vaksinasiya prosesinə ilkin növbədə yuxarı yaş qruplarını cəlb etmək daha məqsədyönlüdür. Çünki yaş nə qədər çoxdursa, yanaşı xəstəlikləri də bir o qədər çox olur. O zaman həmin xəstələrin həyatı təhlükə altında qalmaqdadır. Növbəti mərhələlərdə isə gənclər də vaksinasiya olunmalıdır”.
 
Vüqar Cavadzadə ən aşağı 15 yaşdan yuxarı şəxslərin prosesdə iştirak edə biləcəklərini qeyd edib. "Koronavirus infeksiyası 10 yaşa qədər usaqlarda ciddi təhlükəyə səbəb olmur. İlkin növbədə yuxarı yaş qrupları prosesdə fəal iştirak etməlidir. Yalnız yoluxma riski daha da kəskinləşərsə ən azı 15 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb edilməlidir”.
 
Nərmin Məmmədli
OXŞAR XƏBƏRLƏR