Azərbaycanda polis əməkdaşı qəzada öldü

Azərbaycanda polis əməkdaşı qəzada öldü
SOSİAL
13:12 03.09.2022
587
Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 3-ü saat 1 radələrində rayonun Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi "Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR