Azərbaycanda polis mayoru bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda polis mayoru bədbəxt hadisə nəticəsində ölüb
Bütün Xəbərlər
11:00 24.01.2013
1710
Ağdaş rayonunda polis zabiti bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın xəbərinə görə, rayon Polis Şöbəsinin polis mayoru, sahə müvəkkili Qarayev Cəlil Hidayət oğlu dünən yaşadığı evin həyətində budama işləri aparam zaman ağacdan yıxılıb. Ağır bədən xəsarətləri alan C. Qarayev Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. 1960-cı il təvəllüdlü polis əməkdaşı bu gün səhər xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR