Azərbaycanda polis şöbəsindəki intiharın TƏFƏRRÜATI

Azərbaycanda polis şöbəsindəki intiharın TƏFƏRRÜATI
SOSİAL
16:40 11.04.2017
2412
Ötən gecə Lənkəran şəhər polis şöbəsinin müvəqqəti saxlanma kamerasında baş vermiş intihar hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

İntihar ötən gecə təqribən saat 3 radələrində baş verib. Deyilənlərə görə, Xolmili kənd həkim ambulatoriyasının baş həkimi Vahab Səfərova ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs - Xolmili kənd sakini, 40 yaşlı Fail Xudaverdi oğlu Hüseynov polis əməkdaşından su istəyib. Şübhəli şəxsə su verərkən F.Hüseynov qəfil hücum edərək polisin silahını götürüb və özünə atəş açaraq intihar edib. Mərhum polis kapitanı Fuad Nurullayevə məxsus xidməti tapançadan gicgahına bir atəş açıb və hadisə yerindəcə keçinib. Mərhumun meyiti məhkəmə tibbi ekzpertizası və pataloji anatomiya birliyinin Lənkəran rayon şöbəsində daxili və xarici müayinə olunduqdan sonra ailəsinə təhvil verilib və yaşadığı kənddə dəfn olunub. Kənd sakinləri sözügedən qətllə bağlı şübhəli bilinərək bir neçə gün öncə rayon polis şöbəsinə aparılan və orda həyatına faciəli şəkildə son qoyan Fail Hüseynovun maddi cəhətdən heç bir problemi olmadığını, onun tərəfindən hər hansı qarət və soyğunçuluq edilə biləcəyinə inanmadıqlarını deyirlər.

Atasının yanacaqdoldurma məntəqəsi, özünün bahalı maşını, dəbdəbəli evi olan Failin ailəsi ilə öldürülən baş həkimin ailəsi arasında da bu günə kimi heç bir konfliktin  yaşanmadığı bildirilir. Həyat yoldaşı müəllimə olan Fail bir uşaq atası idi.

Xatırladaq ki, evə basqın hadisəsi martın 18-də, Xolmili kəndində baş verib. Belə ki, evə basqın edən şəxs və ya şəxslər 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra Bakıda  xəstəxanada dünyasını dəyişib. O, uzun illər kənd həkim ambulatoriyasının müdiri vəzifəsində işləyib.
///istipress
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
17:18 21.06.2026
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
16:51 21.06.2026
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
16:48 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb