Azərbaycanda polis sürücüdən belə rüşvət aldı: “Maşını 10 manatdır” - VİDEO

Azərbaycanda polis sürücüdən belə rüşvət aldı: “Maşını 10 manatdır” - VİDEO
SOSİAL
14:29 27.12.2019
3761
Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. 

AZXEBER.COM Oxu.Az xəbər verir ki, videoda YPX əməkdaşının sürücüdən rüşvət istəməsi əks olunub. 

O, bir neçə dəfə "Maşını 10 manatdır” deyərək, sürücüdən 30 manat pul istəyib, sürücü isə ona 15 manat təklif etsə də, yol polisi əməkdaşı bununla razılaşmayıb. 

Polis bildirib ki, pulu verməyəcəyi təqdirdə yük maşını tərəziyə çıxanda əlavə yük boşaldılacaq. 

Videonun Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehtiyev olduğu qeyd edilib.
 
BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevə Oxu.Az-a açıqlamasına bildirib ki, sosial şəbəkələrdə yayılan videoya baxış keçirilib:

"Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda yol polisinin yük maşınlarının sürücülərindən "postun pulu” adı ilə 10 manat istədiyi əks olunub.



OXŞAR XƏBƏRLƏR