Azərbaycanda polisi güllələdilər

SOSİAL
14:44 21.05.2021
3856
Qax rayonunda polis əməkdaşı insident nəticəsində yaralanıb.

AZXEBER.COM-un Oxu.Az-a istinadən verdiyi məlumatına görə, hadisə rayonun Çüdüllü kəndi ərazisində baş verib. 

Polis əməkdaşı ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı araşdırma aparılır:

"Həmin şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir”.

OXŞAR XƏBƏRLƏR