Azərbaycanda polkovnik həbs edildi

SOSİAL
11:56 29.12.2021
1208
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayev həbs edilib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinən sabiq polkovnikin cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Qeyd edək ki, Bahadir Qocayev bir müddət Lənkəran Dövlət Universitetində prorektor kimi də çalışıb.
 
///APA

OXŞAR XƏBƏRLƏR