Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin keçmiş rəisi, "Əməkdar İnşaatçı”, istefada olan polkovnik Əliyev Adil Ömər oğlu uzun sürən xəstəlikdən sonra 2017-ci il fevralın 28-də 74 yaşında vəfat edib.
AZXEBER.COM-un MN-in saytına istinadən verdiyi məlumata görə, polkovnik A.Əliyev 1943-cü il dekabrın 13-də Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.
Sovet ordusunda xidmət keçib.
Polkovnik A.Əliyev 1992-ci ilin yanvar ayından 2005-ci ildə ehtiyata buraxılanadək Azərbaycan Müdafiə Nazirliyinin Baş Tikinti İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
Allah rəhmət eləsin!