Azərbaycanda prezident seçkiləri ilə bağlı meyxana yazıldı - VİDEO
10:58 08.04.2013
1608
Bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək olan prezident seçkisinə meyxana yazılıb. “YouTube” da paylaşılan meyxananın "Demokratiya naminə incəsənət" (Art for democracy) kampaniyasi olaraq seçkidə vətəndaş fəallığının artırılması və seçkinin ədalətli, şəffaf keçirilməsi əhəmiyyətinin göstərilməsi üçün yazıldığı bildirilib.Azad və Ədalətli Seçkilərə Çağırış MeyxanasıHər dövlətin var ehtiyacı real seçkilərəXalq gərək qatılsın hər zaman fəal seçkilərəArzumdu seçkilərdə olmasın heç nöqsanlarAzad ölkəmizdə olmalıdı azad imkanlarSaxtakarlıq etməz ozünə arxayın insanlarHər zaman verər təkan, verər macal seçkilərəHər dövlətin var ehtiyacı real seçkilərəXalq gərək qatılsın hər zaman fəal seçkilərəAzad olmaq elə nemətdir onun yox əvəziAzadlıq üçün Vətən şərtdi, seçkilər tərəzi,Əgər Avropa Birliyi də ucaldarsa biziAktuallığla baxarlar aktual seçkilərəHər dövlətin var ehtiyacı real seçkilərəXalq gərək qatılsın hər zaman fəal seçkilərəBu yolda yüz ölçəcək bir biçəcəkdir xalqımBu çətin sınağı uğurnan keçəcəkdir xalqımƏlbəttə liderin azad seçəcəkdir xalqımSəsin azadlıgı verdikcə macal seçkilərəHər dövlətin var ehtiyacı real seçkilərəXalq gərək qatılsın hər zaman fəal seçkilərəSəsvermə ən böyük haqqındı bunu bilməlisənHətta əlində yağın daşsa atıb gəlməlisənLayiqli insana səs verməli, dirçəlməlisənƏgər yanaşırsansa professional seçkilərəHər dövlətin var ehtiyacı real seçkilərəXalq gərək qatılsın hər zaman fəal seçkilərəHər namizədin səs balansı, söz balansı olurTəki layiqli ola fərq eləməz hansı olurBir halda ki illər sonra səs vermə şansı olurBayram əhvalıyla getsin hər mahal seçkilərəHər dövlətin var ehtiyacı real seçkilərəXalq gərək qatılsın hər zaman fəal seçkilərəBizim ərənlərimiz, ərlərimiz sözünü deyibDüşmənin bağrına bir ox batırıb qəddin əyibBu millət halallıqnan qazanıb, halal yeyibOdur ki ehtiyac da duyur halal seçkilərəHər dövlətin var ehtiyacı real seçkilərəXalq gərək qatılsın