Azərbaycanda problemli kreditlərin həcmi yenidən artdı - VİDEO

Azərbaycanda problemli kreditlərin həcmi yenidən artdı - VİDEO
SOSİAL
22:54 22.03.2026
158
Problemli kreditlərin həcmi artıb.

Rəsmi statistikaya görə, bank və digər kredit təşkilatlarının cəmi kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artıb. Bunu rəqəmlə ifadə etsək, 31 milyard 863 milyon manatdan çox vəsait deməkdir. Kreditlərin 94 faizindən çoxu isə bankların payına düşür.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği isə il ərzində 17 faizdən çox artaraq 557 milyon manatı keçib.

İqtisadçı Eldəniz Əmriov deyir ki, rəqəm böyük görünsə də, vəziyyət kritik deyil.

Bəs problemli kreditləri artıran nədir?. Niyə bəzi borclar vaxtnda ödənilmir?

İqtisadçı bildirir ki, əsas problem bankla vətəndaş arasındakı qərarvermə prosesindədir. Risk düzgün ölçülməyəndə, nəticə problemli kredit siyahısına düşmək olur. Digər tərəfdən, insanlar biznesdən çox, şəxsi ehtiyacları üçün borclanmağa üstünlük verirlər.

Artan kreditləşmədə əsas pay hələ də istehlak kreditlərinin üzərinə düşür. Bu da bank sektorunda həm gəlirliliyi, həm də riskləri eyni vaxtda aktiv saxlayır.

/Xəzər TV

OXŞAR XƏBƏRLƏR