Azərbaycanda qadın əri tərəfindən bıçaqlandı

SOSİAL
10:44 28.11.2021
648
Qaxda qadın əri tərəfindən bıçaqlanıb.

AZXEBER.COM APA xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.

Rayonun Qaxbaş kənd sakini, 1988-ci il təvəllüdlü Zümrüd Abdulla qızı Qarcıyeva sol kürək nahiyəsinin kəsilmiş, lakin daxilə nüfuz etməyən xəsarət, sol alın-təpə nahiyəsinin yumşaq toxumalarının və burunun əziyi xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 33 yaşlı Z. Qarcıyevanın yaşadığı ünvanda ailə münaqişəsi zəminində əri tərəfindən döyüldüyü və bıçaqla xəsarət yetirdiyi məlum olub.

Z. Qaqcıyevanın müalicəsi hazırda xəstəxanada davam etdirilir, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR