Azərbaycanda qadın ərini bıçaqlamaqda şübhəli bilinir

Azərbaycanda qadın ərini bıçaqlamaqda şübhəli bilinir
SOSİAL
14:14 08.03.2024
176
Tovuz sakini bıçaqlanıb. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, kənd sakini 36 yaşlı Namiq İsmayılov mübahisə zəminində qarın nahiyəsindən bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

O, əməliyyat edilib. Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı 32 yaşlı Ləman İsmayılovadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, bıçaqlanma ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.
OXŞAR XƏBƏRLƏR