Azərbaycanda qadın ərinin dərmanını içərək zəhərləndi

Azərbaycanda qadın ərinin dərmanını içərək zəhərləndi
SOSİAL
22:42 15.12.2022
141
21 yaşlı qadın həyat yoldaşının dərmanını içərək zəhərlənib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonun Maşlıq kəndində baş verib.

2001-ci il təvəllüdlü G. Quliyeva həyat yoldaşının psixotrop dərmanlarını qəbul edib. Dərmandan zəhərlənən qadın rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Onun dərmanı intihar məqsədilə ya bilməyərəkdən qəbul etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR