Şirvanda 45 yaşlı qadın bıçaqlanıb.
AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yerləşən yataqxanalardan birində yaşayan 1984-cü il təvəllüdlü Qubadova Günay Hətəm qızı keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı yaxınlarının köməkliyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qadını bıçaqlayan keçmiş həyat yoldaşı, Şirvan şəhər sakini Quliyev Azad Ərəstun oğlu hadisədən sonra qaçsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.