Azərbaycanda qadın keçmiş əri və doğma bacısı tərəfindən döyüldü

SOSİAL
23:46 24.10.2019
23739
Şəmkirdə qadın bacısı və boşandığı əri tərəfindən döyülüb.

AZXEBER.COM-un Qafqazinfo"ya istinadən verdiyi  xəbərinə görə, rayonun Alabaşlı kənd sakini 1966-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. Məlumata görə, qadın eyni evdə yaşadığı boşanan əri və o evə gələn öz doğma bacısı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR