Azərbaycanda qadın kişi dostunun başına butulka çırpdı

Azərbaycanda qadın kişi dostunun başına butulka çırpdı
SOSİAL
11:14 05.04.2021
747
Masallıda qadın kişi dostuna butulka ilə xəsarət yetirib.

Masallı şəhərinin Fizuli küçəsi, ev 35 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Cavad Qəzənfər oğlu Əsədovla qadın dostu arasında şəxsi münasibətlər zəminində mübahisə olub.

Qadın butulkanı C.Əsədovun başına çırpıb. Zərbənin təsirindən butulka onun başında sınıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya başın sol gicgah, alın və təpə nahiyələrində kəsilmiş-didilmiş yara diaqnozu qoyulub. Zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR