Azərbaycanda qadın taksi sürücüsünü bıçaqladı

SOSİAL
12:46 07.12.2021
2113
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, yanacaqdoldurma məntəqəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Məntəqənin xadiməsi, 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Məhərrəmovu bıçaqlayıb.

İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. G.Məmmədovanın V. Məhərrəmovu aralarında mübahisə yarandığı üçün bıçaqladığı bildirilir.

Faktla bağlı polis araşdırmaya başlayıb.

OXŞAR XƏBƏRLƏR