Azərbaycanda qadını zorlayıb daha sonra öldürdülər - TƏFƏRRÜAT

Azərbaycanda qadını zorlayıb daha sonra öldürdülər - TƏFƏRRÜAT
SOSİAL
10:28 15.06.2020
3663
Bərdədə qadını zorlayıb daha sonra öldürməkdə təqsirli bilinən Cavid Rəncbərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 27-də saat 22 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin istintaqla 1995-ci il təvəllüdlü Cavid Rəncbərinin həmkəndlisi Tahirə İbadovanı baş nahiyəsindən xəsarətlər yetirib boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cavid Rəncbəri Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Məlum olub ki, Cavid Rəncbəri qadına təcavüz edib və daha sonra onu öldürüb.

İstintaq orqanı tərəfindən Cavid Rəncbərinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 149.2.4-cü (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) və 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat