Dünən gecə saatlarında təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına başın və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə qadın gətirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib.
Hazırda vəziyyəti orta-ağır stabil qiymətləndirilir. Faktla əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.