Azərbaycanda qadınlar kişilərə çatır - STATİSTİKA

İQTİSADİYYAT
21:32 21.04.2012
1902
Dövlət Statistika Komitəsi əhalinin sayını açıqlayıbBu il aprel ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 29,1 min nəfər və ya 0,3% artaraq 9 264,2 min nəfərə çatıb.AZXEBER.COM-un xəbərinə görə, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin sıxlığı 1 kv. km-ə 107 nəfər olub. Əhalinin 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edir, 22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır.Komitədən bildirilib ki, hazırda hər 1 000 nəfər kişiyə 1 015 nəfər qadın düşür.Cari ilin ilk üç ayı ərzində Azərbaycanda 43,1 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19,0-dək artıb. Doğulanların 53,8%-i oğlanlar, 46,2%-i isə qızlar olub.

OXŞAR XƏBƏRLƏR