Azərbaycanda qadınların 28%-i ərin arvadını döyməsini düzgün hesab edir

Azərbaycanda qadınların 28%-i ərin arvadını döyməsini düzgün hesab edir
SOSİAL
16:50 02.10.2017
1086

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Beynəlxalq Qeyri-zorakılıq gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə İSİM-in həkim-metodisti Raisə Əhmədova bildirib ki, Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu aparılıb: "Sorğu Lənkəran, Beyləqan, Füzuli və Şəmkirdə yaş həddi 18 yaşdan yuxarı olan 400 qadın arasında keçirilib. Respondentlərdən qadının öz statusunu necə dərk etməsi, bunun vacib göstəricisi olan evli qadının döyülməsinə münasibətləri haqqında məlumat toplanıb.

Qadınlardan hansı hallarda kişinin arvadını döyməyə ixtiyarı olub-olmaması haqqında soruşulub. Bura qadın xörəyi yandırdıqda, əri ilə mübahisə etdikdə, ərindən icazəsiz harasa getdikdə, uşaqlara nəzarət etmədikdə və cinsi əlaqədən imtina etdikdə halları daxildir. Sorğuda ərin arvadını qeyd olunan hər hansı səbəbə görə vurması və ya döyməsinə haqq qazandıran qadınlar da var. Qadınların 24.3%-i ərindən icazəsiz harasa getdikdə, 18.9%-i uşaqlarına nəzarət etmədikdə, 13.6%-i əri ilə mübahisə etdikdə, 8%-i cinsi əlaqədən imtina etdikdə, 5%-i isə xörəyi yandırdıqda arvadın döyülməsini haqlı sayır. Ümumilikdə rəyi soruşulanların təxminən 28%-i qeyd olunan səbəblərdən heç olmasa birinə görə ərin arvadını döyməsini düzgün sayır".

Raisə Əhmədova bildirib ki, sorğuda yaşı 18-dən yuxarı olan ailəli, qeyri-rəsmi nikahda olan, boşanmış və dul qadınlar iştirak ediblər: "15-19 yaş kateqoriyasında olanlardan 14 nəfər (3,5%), 20-24 yaş arası 40 nəfər (10,0%), 25-29 yaş arası 59 nəfər (14,8%), 30-34 yaş arası 41 nəfər (10,3%), 35-39 yaş arası 37 nəfər (9,3%), 40-44 yaş arası 43 nəfər (10,8%), 45-49 yaş arası 56 nəfər (14,0%) və 50-54 yaşları əhatə edən kateqoriyadan 55 nəfər (13,8%) sorğuda iştirak ediblər. Sorğuda iştirak edənlərdən 216 nəfəri (54%) tam orta təhsilli, 84 nəfəri (21%) orta ixtisas təhsilli, 42 nəfəri (10,5%) ali təhsilli, 8 nəfəri (2,0%) ibtidai təhsilli, 3 nəfəri (0,8%) təhsil almayanlardır".

Qeyd olunub ki, zorakılığa məruz qalan insanlar Azərbaycan Uşaq Qaynar Xətt Xidməti (Tel.: 012 - 480-22-80) və Zorakılıqla bağlı Qaynar Xətt Xidmətinə (012- 480-38-75) məlumat verə bilərlər.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb