"Azərbaycanda "Qarabağ"dan yaxşı komanda yoxdur" - MÜSAHİBƏ

"Azərbaycanda "Qarabağ"dan yaxşı komanda yoxdur" - MÜSAHİBƏ
İDMAN
01:06 21.10.2011
1807

AZXEBER.COM portalı "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsini təqdim edir... - Sabah komandanız Premyer Liqanın X turu çərçivəsində səfərdə "Simurq"la qarşılaşacaq. "Qarabağ"ın bundan əvvəlki oyunlarda da Zaqatalada çətinlik çəkdiyinin şahidi olmuşuq. Budəfəki oyun barədə nə düşünürsən? - Bu gün istənilən komanda ilə oyunda əziyyət çəkməli olursan. "Simurq" olmur, "Turan", "Rəvan" və ya "Xəzər Lənkəran" olsun. Hətta bəzən güclü komandalarla oynamaq daha asan olur. Ona görə elə də fərq yoxdur. Digər tərəfdən səfər meydanında oynayırıq. "Simurq" ötən turda "Xəzər Lənkəran"la oyunda göstərdi ki, yaxşı komandadır. Qol epizodları yaratmaqla yanaşı, müdafiədə də yaxşı oynayır. Hər iki komanda üçün çətin oyun olacaq. - Yəqin sən də razılaşarsan ki, "Simurq" ötən mövsümlə müqayisədə bu il daha güclüdür. - Əlbəttə, "Simurq" keçənilkindən indi yaxşıdır. Çox oyunlarını izləməmişəm. Ancaq bu il daha inamlı təsir bağışlayırlar. Heyətində yaxşı oyunçular var. - Sabahkı oyundan hansı nəticəni gözləyirsən? - "Qarabağ"ın məqsədi çempionluq, avrokuboklara getməkdirsə, gərək belə oyunlarda çalışıb qələbə qazanaq. Gördüyünüz kimi uda biləcəyimiz iki komanda ilə görüşdə vacib xallar itirdik. Əvvəl "Sumqayıt Şəhər", daha sonra "Rəvan". Düzdür, hər iki oyunda qol epizodlarımız oldu, amma yararlana bilmədik. "Rəvan"ı udsaydıq, bu gün daha rahat olardıq. İndi üzərimizdə ikiqat məsuliyyət var ki, mütləq bu oyundan qələbə ilə ayrılmalıyıq. Belə də ki, futboldur. "Simurq"la heç-heçə etsək va ya uduzsaq, bu, dünyanın axırı demək deyil. Sabahkı oyunda gərək qələbə qazanaq ki, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıraq. - Özün də qeyd etdin ki, komanda qol epizodlarından lazımınca yararlana bilmir. Bu amil "Simurq"la matçda "Qarabağ"a nə kimi çətinlik yarada bilər? - Düzdür, bu, yaxşı hal deyil və sabahkı oyunda bizə başağrı ola bilər. Qol vurmaqda çətinlik çəkirik. Ancaq əsas odur ki, o epizodları yaradırıq. - Hər halda nəticə qazanmaq üçün həmin epizodları qola çevirmək lazımdır. - Əlbəttə, nəticə üçün bunu etməlisən. Amma yenə deyirəm, çətin olanı edirik. Sadəcə qol vurmaq qalır. Onu da inşallah gələcəkdə yoluna qoyuruq. - "Qarabağ"ın bəzi üzvləri qol vura bilməməyinizi təcrübəsizliklə əlaqələndirir. Bu barədə sən nə düşünürsən? - Yox, mən belə düşünmürəm. Qismətdir, alınanda qol vururuq, alınmayanda da olmur. Bunu təcrübəsizliklə əlaqələndirmək düzgün deyil. Bəlkə də həlledici məqamda futbolçularımızda arxayınçılıq olur. Əsas odur ki, öz oyunumuz var, qol epizodları yarada bilirik. - Qarşısına çempionluq hədəfi qoymuş "Qarabağ"ın 9 turdan sonrakı çıxışını necə dəyərləndirirsən? Komandanın turnir cədvəlindəki hazırkı göstəricisini qənaətbəxş hesab etmək olar? - Nəticə baxımından bir az "axsayırıq". Amma oyun baxımından bizdən yaxşı komanda yoxdur. Bunu biz də, siz də, ümulikdə hamı görür. Hər oyunda 6-7 real qol vəziyyəti yaradırıq. Sadəcə qalır bunlardan istifadə etmək. Yerli klublarımızın heç birində bu qədər qol imkanları yaranmır. Maksimum 2, ya 3 olur. - Ümumiyyətlə, ardıcıl 3 mövsümdür ki, "Qarabağ" çempionata yaxşı başlasa da, 4-5 turdan sonra "qara zolağ"a düşür. Deyəsən, avrokubok oyunlarından sonra ölkə çempionatına uyğunlaşmaq çətin olur. - Artıq beşinci aydır, məşq edib, oyun oynayırıq. Bu isə həm psixoloji, həm də fiziki cəhətdən adamı yorur. Digər komandalar isə daha gec toplaşır və daha az yorulurlar. Amma inşallah özümüzü toplayıb, daha yaxşı nəticələr qazanacağıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO