Azərbaycanda qatarın altında qalan şəxsin ayaqlarını kəsdilər

Azərbaycanda qatarın altında qalan şəxsin ayaqlarını kəsdilər
SOSİAL
16:22 25.03.2018
1960
Ağstafa sakinini qatar vurub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağstafa Dəmir Yol vağzalında baş verib.

Ehtiyatsızlıq nəticəsində Ağstafa şəhər sakini 1957-ci il təvəllüdlü Məmmədov Akif Mürsəl oğlunun hər iki ayağı qatarın altında qalıb. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən A. Məmmədovun hər iki ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR