Azərbaycanda qatarlarda sürət həddi endirilib

Azərbaycanda qatarlarda sürət həddi endirilib
SOSİAL
09:19 15.04.2025
180
Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.
 
AZXEBER.COM bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər:

"Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik".

OXŞAR XƏBƏRLƏR