Azərbaycanda qaynanası ilə dalaşan gəlin özünü qana boyadı

Azərbaycanda qaynanası ilə dalaşan gəlin özünü qana boyadı
SOSİAL
10:35 29.04.2017
6988
Ucar rayon sakini 22 yaşlı Gülnarə Seyfi qızı Rəhimova ailə münaqişəsi zəminində özünü ölümcül yaralayıb.
 
Qayınanası ilə dalaşan gəlin əsəblərinə hakim ola bilməyərək gəlin özünü qarın nahiyəsindən bıçaqlayıb. Təcili Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Rəhimovanın həyatını xilas etmək mümkün olub.
 
Qeyd edək ki, G.Rəhimovanın yaxınlarının "Report”un yerli bürosuna verdiyi məlumatda isə onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqladığı deyilirdi. 
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR