Azərbaycanda qaz və işıq limiti ləğv olunacaq? - AÇIQLAMA

İQTİSADİYYAT
14:54 29.10.2024
1396
Xəbər verdiyimiz kimi, bu günlərdə millət vəkili Azər Badamov qaz limitinin indiki formada tətbiq edilməsinin xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə mənfi təsir etdiyini deyib.

AZXEBER.COM bakupost-.a istinadən xəbər verir ki, o bildirib ki, dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır:

"Dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq sərf etməyə məcburdurlar. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir”.

Millət vəkilinin fikirlərinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli  deyib ki, əhalini narahat edən qaz pulunun çox olmasıdır. Hökümət isə əksinə, hesab edir ki, qaz pulu çox deyil:

"Ümumiyyətlə, limit ləğv edilsə, bu, qiymətin bahalaşmasına gətirib çıxaracaq. 1200 kubmetrlik limit üçün pul ödəyən şəxslər daha çox pul ödəməli olacaqlar. Yəni , limitin ləğvi qiymətin ucuzlaşmasına deyil, əksinə, daha az qaz pulu ödəyənlə daha çox ödəyənin bu pulu bölüşməsinə gitirib çıxaracaq. Ortaq bir qiymət olacaq. Vahid tarifin tətbiq edilməsi isə imkanı çox olanın daha çox ödədiyi qaz xərcini aşağı salacaq və nisbətən imkanı zəif olan şəxslərin qaz xərciniə artıracaq. Ona görə də burada hər hansı bir dəyişiklik ediləcəyini güman etmirəm.”

N.Cəfərlinin dediyinə görə, Azərbaycan ümumiyyətlə, enerji ölkəsi olduğuna görə, qaz və elektrik enerjisinə limit qoyulması kökündən yanlış fikirdir. Bu limitlər ləğv edilməlidir:

"Limit qoyularkən belə bir ehtimal irəli sürülmüşdü ki, bu qənaətə səbəb olacaq, vətəndaşlar qazdan daha qənaətlə istifadə edəcəklər. Bu fikir yanlışdır. Vətəndaşlar onsuz da istifadə etdikləri qaza və elektrik enerjisinə görə pul ödəyirlər. Bunun qənaətlə heç bir əlaqəsi yoxdur. Ona görə də Azərbaycanda qaz və elektriklə bağlı limitlər aradan qaldırılmalı, vahid qiymət siyasətinə keçilməlidir. Düşünürəm ki, vətəndaşların xeyrinə qərarlar verilməlidir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir