Azərbaycanda narkotiklə mühakimə olunan şəxs hakimdən və prokurordan azadlıqdan məhrum edilməsini istəyib.
Bu barədə vəkil Aqil Layıc sosial media hesabında yazıb.
Vəkil qeyd edib ki, həyatında ilk dəfə belə bir hala şahidlik edib: "Narkotiklə mühakimə olunan şəxs hakimdən və prokurordan xahiş edir və yalvarır ki, onu azadlıqdan məhrum etsinlər. Hakim və prokuror isə ona vəkillik edərək istəyindən daşındırmağa çalışırlar. And-amanın yeni növlərini eşitdim".
///Ölkə.az