Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
SOSİAL
21:47 19.03.2022
1296
Ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 26-dək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyinin sürətinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
OXŞAR XƏBƏRLƏR