Azərbaycanda qəza: Ər və arvad həlak oldu

Azərbaycanda qəza: Ər və arvad həlak oldu
SOSİAL
14:44 17.01.2022
715
Naxçıvan şəhərində avtomobil ər və arvadı vuraraq öldürüb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 14-də saat 21 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakini C.Əliyev idarə etdiyi "NAZ Lifan” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Hacıağa Əsgərovu və onun həyat yoldaşı Töhfəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilən hər 2 piyada yanvarın 15-də orada ölüblər.

Naxçıvan Şəhər Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR