Azərbaycanda qız atasının başını kəsərək öldürdü - DƏHŞƏT

Azərbaycanda qız atasının başını kəsərək öldürdü - DƏHŞƏT
SOSİAL
10:06 12.05.2020
10876
Şirvanda qətl hadisəsi baş verib.

AZXEBER.COM "Report”a istinadla xəbər verir ki, hadisə mayın 12-də gecə saatlarında Şirvan şəhəri, A.Mustafayev küçəsi, ev 25 ünvanında qeydə alınıb.

Belə ki, 1933-cü il təvəllüdlü Nadir Əkbərov başın kəsilmiş-deşilmiş yarası ilə ölü vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

Araşdırma zamanı məlum olub ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ruhi əsəb kabinetində qeydiyyatda olan şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkən, I qrup əlil Mirsəkinə Əkbərova tərəfindən öldürülüb.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR