Azərbaycanda qızlar niyə oxşar paltarlar geyinir? - ARAŞDIRMA

MARAQLI
01:30 30.05.2013
9294

Bu gün şəhərin mərkəzi küçələrində gəzdikdə tez-tez eyni üslub və yaxud bənzər üslubda geyinmiş xanımlarla rastlaşırıq. Bəs görəsən buna səbəb nədir?

AZXEBER.COM portalı Fatimə İbrahimovanın bu sahədə apardığı araşdırmanı təqdim edir...

Mütəxəsislərin fikrincə, bu əslində dəblə əlaqəli deyil. Buna səbəb bazara gətirilən malların eyni olması və ucuz qiymətə müştərilərə təklif edilməsi ilə əlaqədadır. Bu gün metro keçidlərində, bazarlarda 5-7 manata ayaqqabı satılır. Özü də, bu məhsullar ilk baxışda görünüşü ilə diqqət çəkiryeni, dəbli , bahalı ayaqqabılardan heç də geri qalmır. Yalnız bir neçə həftəlik “ömrü” olan bu ayaqqabıların keyfiyyəti barədə xoş söz demək mümkün deyil. Lakin bu məhsulların ucuz qiymətə təklif edilməsi müştərilərin diqqətini cəlb edir.

Sirr deyil ki, alıcılar mağazalara gəldikdə satıcılar tərəfindən “bunu almaq istərdinizmi?” kimi təkliflərə aldanırlar. Belə olduqda isə, alıcı təsirə düşür və həmin məhsulu alır. Satıcı isə həmin məhsulun çox satılan olduğunu zənn edib, bir daha həmin məhsullardan gətirir. Başqa səbəb isə universitet, məktəb və başqa məkanlarda sanki yarış gedirmiş kimi hər kəs “onun” aldığından almağa və yaxud özlərini kimlərəsə bənzətməyə çalışırlar ki, bu da eyniliyə səbəb olur.

Psixoloqların fikrincə, bu cür xanımlar əslində özlərinə inamı zəif olan xanımlardır. Özlərini başqalarına bənzətməyə çalışan, başqalarının geyindiyi uslublarda seçim etməkdə rahat olan xanımlar özgüvəni zəif olan insanlardır. Onlar hələdə özlərini tapa bilməyib, kimlərəsə bənzədərək özlərini kəşf etməyə çalışırlar ki, bu da heç vaxt effektli olmur.

Bəzən biz şəhərdə gəzərkən hər kəsdən fərqli geyinmiş insanlara qəribə baxırıq. Amma real olaraq fərqli geyim tərzindən istifadə edən insanlar özlərini kəşf etmiş və özlərinə inanan insanlardır. Onlar üçün ətrafın fikirləri yox, öz fikirləri önəmlidir.

“Ya geyindiyin kimi ol, ya da olduğun kimi geyin”

Geyim insanın xarakterindən xəbər verir. Belə bir deyim var: “ Ya geyindiyin kimi ol, ya da olduğun kimi geyin”.

Bu sahədə apardığımız araşdırmalardan belə bir qənaətə gəlmək olar ki, klassik geyimə üstünlük verən insanlarla dil tapmaq asan olur. Çünki onlar təbiətcə sakit olurlar. Eyni zamanda, onlar adət-ənənəyə, cəmiyyətin qanunlarına ciddi riayət edirlər.

Ekstravaqant geyimlərə meylli insanları başa düşmək isə müşkül məsələdir. Onlardan hər an surpriz gözləmək olar. Təbiətləri son dərəcə qeyri-sabitdir. Maraqları, məqsədləri tez-tez dəyişir. Daima yeniliyə can atırlar. Keçmişlə bağlılıq onlarda çox zəifdir. Yeni kollektivə daxil olanda psixoloqlar ilk növbədə bu amili nəzərdən qaçırmamağı məsləhət görürlər. Psixoloqların fikrincə, həmkarlarınız klassik üsluba üstünlük verirsə, sizi heç bir problem gözləmir. Həmkarlarınız ekstravaqant geyimdədirlərsə, son dərəcə diqqətli olun. Hər an qalmaqalla üzləşə bilərsiniz. Və heç vaxt onlara tam etibar etməyin.

Geyimin nöqtəsi – ayaqqabı

Ayaqqabı geyimin nöqtəsi deməkdir. Ayaqqabı seçimi də kifayət qədər insan xarakterinin göstəriciləri ilə əlaqəlidir:

Düz ayaqqabılar: Düz ayaqqabılar sizin nə qədər rahat biri olduğunuzu göstərir. Bununla yanaşı, müstəqil ruhlu birisi olduğunuzu, qərarlarınızı müstəqil vermənizdən xəbər verir.

İdman ayaqqabıları: Liderlik xüsusiyyəti olan, həyatı anlıq yaşamağı sevən və atletik birisiz. Olduqca bəsit, dəyişkən həyat tərzi sürdürməyə üstünlük veririsiniz.

Nazik daban ayaqqabılar: Olduqca qadına xas bir görüntüyə sahib olan bu ayaqqabıları seçənlərin də qadınlıq motivlərinin üstünlük təşkil etdiyi deyilə bilər. Bu xanımlar incə qəlbli, tez inciyən olurlar.Mokasen: Modaya uyğun, sevimli və rahat olan bu ayaqqabılar sizin nə qədər aktiv bir insan olduğunuzu göstərir.

Barmaq arası (VETNAMKA) ayaqqabılar: Gənc ruhlu və enerji dolusunuz. Ayaqqabılardan söz açmışkən onu da qeyd etmək lazımdır ki, ayaqqabıları tamamlamaq üçün düzgün çanta seçimi etmək lazımdır.
OXŞAR XƏBƏRLƏR