‘Azərbaycanda radikalların toplaşdığı məscidlərə qarşı addımlar atılacaq’

‘Azərbaycanda radikalların toplaşdığı məscidlərə qarşı addımlar atılacaq’
SİYASƏT
16:25 13.03.2014
1139

Elşad İskəndərov: "Digər qurumlarla birlikdə həyata keçirdiyimiz konkret tədbirlər davam etdiriləcək"

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu gün Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət evində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan 30-dan çox vətəndaşı qəbul edib. DQİDK-nın mətbut xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri vətəndaşları narahat edən problemlərlə tanış olub. Qeyd edək ki, vətandaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, dini ibadət yerlərinin təmiri və yenilərinin tikilməsi, məscidlərin dini ədəbiyyatla təmin edilməsi və bir sıra digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar. Bir sıra məsələr yerindəcə həllini tapıb. Eyni zamanda bütün müraciətlər əsasında Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə və qəbulda iştirak edən struktur rəhbərlərinə aidiyyatı tapşırıqlar verilib. Belə ki, dini icmaların qeydiyyata alınması ilə bağlı lazım olan sənədlərin toplanmasında və təqdim edilməsində Dövlət Komitəsinin müvafiq şöbəsi vətəndaşlara dəstək verəcək. Eyni zamanda ibadət evlərinin təmiri və bərpası, o cümlədən yenilərinin tikilməsi istiqamətində də aidiyyatı qurumlara Dövlət komitəsi tərəfindən müraciətlər ediləcəkdir. Regionda dini ədəbiyyat azlıq təşkil edən ibadət evlərinə Dövlət Komitəsinin kitabxanasından ədəbiyyatlar göndəriləcəkdir. Qəbuldan sonra jurnalistlərin suallarına cavab verən E. İskəndərov bildirib ki, vətəndaşları narahat edən əsas məsələlərdən biri də radikalizm və təkfirçi cərəyanlardır. “Bu istiqamətdə tədbirlərimizi davam etdiririk. Əlbəttə, vətəndaş övladının bu cür cərəyanlara qoşula biləcəyindən narahatdır. Lakin Dövlət Komitəsi olaraq istər maarifləndirici, istərsə də digər qurumlarla birlikdə həyata keçirdiyimiz konkret tədbirlər davam etdiriləcək. Bu cür cərəyanların nümayəndələrinin toplaşdığı məscidlərdən şikayətlər daxil olurdu. Artıq yerli əhalinin istəyi və Dövlət Komitəsinin dəstəyi ilə adıçəkilən qrupların toplaşdığı iki məsciddə icmaların tərkibi dəyişib, məscidə yeni savadlı imamlar təyin edilib və məscidin idarəçiliyi ənənəvi yerli dindarların ixtiyarındadır. Yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə problemlər olan digər məscidlərdə də analoji addımlar atılacaqdır. Eyni zamanda vətəndaşlar bu cür məsələləri qaldırmaqla yanaşı Dövlət Komitəsi tərəfindən radikalizmə qarşı həyata keçirilən tədbirlərə dəstək nümayiş edirdilər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI