Sənədə əsasən, Azərbaycanda, o cümlədən regionlarda rəqabətin inkişaf səviyyəsinin qiymətləndirilməsinə imkan verən göstəricilər sistemi hazırlanacaq.
AZXEBER.COM xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nda əks olunub.
Sənədə əsasən, mexanizmin formalaşdırılması Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılıb.









































